Bia.Az

“Azərbaycan 10 noyabr bəyanatının ləğvi ilə məşğuldur” - Paşinyandan sərsəm açıqlamalar

Siyasət
 4-08-2022, 19:14     32

"Bu gün Dağlıq Qarabağda vəziyyət həddən artıq gərgin olaraq qalır, gərginliyin azaldılması üzərində işləmək lazımdır".


"AzPolitika.info" xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün – avqustun 4-də hökumətin iclasında deyib.


Paşinyan iddia edib ki, Azərbaycanın vəziyyəti kəskinləşdirməkdə bircə məqsədi var: 2020-ci il 10 noyabr üçtərəfli atəşkəs bəyanatını ləğv etmək, fiksasiya olunmuş reallıqların – Dağlıq Qarabağ, təmas xətti, Laçın dəhlizinin möhkəmləndirilməsindən qaçmaq. O, Azərbaycanın indiki mübarizəsinin bu üç “instituta” qarşı yönəldiyini vurğulayıb.

“Ermənistan bütün öhdəliklərini yerinə yetirib, Azərbaycan da üç öhdəliyi yerinə yetirməlidir: Azərbaycan Prezidentinin imzasıyla qeyd olunmuş Dağlıq Qarabağın mövcudluğunu tanımaq, Dağlıq Qarabağda təmas xəttinə və Dağlıq Qarabağla Ermənistanı birləşdirən Laçın dəhlizinin mövcudluğuna hörmət etmək”, – Paşinyan iddia edib.

Onun sözlərinə görə, əks halda Ermənistan Azərbaycanın üçtərəfli bəyanatdakı öhdəliklərə əməl etməsi üçün beynəlxalq mexanizmlərə müraciət etməlidir.

Paşinyan iddia edir ki, Azərbaycan indiki eskalasiya üçün Laçın dəhlizinə paralel marşrutu bəhanə edir, bu isə üçtərəfli bəyanatın kobud pozuntusudur: “Guya Laçın dəhlizinin yeni marşrutunu bitirib və buna görə də mövcud dəhlizin bir neçə hissəsi onun nəzarətinə verilməlidir. Azərbaycanın oxşar ifadə və bəyanatları da üçtərəfli bəyanatın kobud şəkildə pozulmasıdır”.

Xatırladaq ki, müharibədən sonra Prezident İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinin, bu adda ərazi vahidinin artıq mövcud olmadığını dəfələrlə qeyd edib. Ötən ilin iyulunda Xankəndi şəhəri, Xocavənd və Xocalı rayonlarının da daxil odluğu Qarabağ iqtisadi rayonu yaradılıb.

Azərbaycan XİN isə avqustun 4-də yaydığı açıqlamada Ermənistanı üçtərəfli bəyanatı icra etməməkdə ittiham edib, erməni silahlı dəstələrin Qarabağdan çıxarılmadığını vurğulayıb.скачать dle 12.1