Bia.Az

İsa Qəmbər Qarabağdakı QİSAS əməliyyaytından DANIŞDI

Siyasət
 4-08-2022, 18:16     179

"Azərbaycan ordusu Laçın yolunu təmizləməyə çalışaraq Ermənistanı 2020-ci il 10 noyabr üçtərəfli bəyanatında nəzərdə tutulan alternativ yola keçməyə vadar etməyə çalışır. Həmin alernativ yol Azərbaycan tərəfindən, demək olar ki, hazırdır. Erməni tərəfi isə bir neçə gün öncə açıqlama verdi ki, guya onlar bəyanatda qeyd olunan 7 kilometrlik məsafəni indi araşdırmağa başlayıblar ki, haradan çəksələr, daha yaxşı olar. Ancaq ermənilər bununla bağlı son gün yeni bir informasiya hücumu da ediblər. İddia edirlər ki, 2020-ci ilin 10 noyabr üçtərəfli bəyanatında o yol haqqında müddəada tərəflərin razılığa gəlməsi qeyd edilir və indiki halda Ermənistan tərəfi buna hələ razılıq vermədiyini bəyan edir". BİA.AZ pravda.az-a istinadla xəbər verir ki, bunu Müsavat partiyasının sabiq başqanı İsa Qəmbər “Xural” TV-nin canlı yayımında qonaq olarkən deyib.

İ.Qəmbər bildirib ki, ermənilər tərəfindən səsləndirilən fikirlər bəhanədir, çünki Ermənistan tərəfi faktiki olaraq 10 noyabr üçtərəfli bəyanatının əksər müddəalarını pozub: “Ermənistanın əməl etdiyi yeganə müddəa Ağdam, Kəlbəcər və Laçın rayonlarından çıxmaları bağlı olan müddəa idi. Qarabağdan erməni silahlı qüvvələrinin çıxarılması ilə bağlı olan əsas müddəa isə hələ də yerinə yetirilməyib. Zəngəzur dəhlizi, sərhədlərin delimitasiyası və demarkasiyası prosesləri ləngidilir. Ermənilər faktiki olaraq ümumi sülh müqaviləsinin hazırlanmasına sözdə müsbət yanaşsalar da, əməldə bunu ləngidirlər. Azərbaycan tərəfi onları sürətləndirmək məqsədilə doğma torpağında zəruri addımlar atır".
скачать dle 12.1