Bia.Az

Azərbaycan öz işində, Rusiya TŞ və KTMT BAŞ AĞRIDIR...

Siyasət
 4-08-2022, 18:14     180

Avqustun 3-də erməni silahlı dəstələrinin üzvləri rus sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində 10 noyabr 2020-ci il tarixli Bəyanatın müddəalarını kobud surətdə pozub. Erməni terrorçuların təxribatı nəticəsində hərbi qulluqçumuz əsgər Kazımov Anar Rüstəm oğlu şəhid olub. Azərbaycan Ordusu bölmələrinin keçirdiyi “Qisas” cavab əməliyyatı nəticəsində Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəkliklər nəzarətə götürüb.

Qarabağda vəziyyətin gərginləşdiyi bir vaxtda Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov yeni məlumat yayıb. Bildirilib ki, Rusiya Prezidenti Vladimir Putin bu gün Rusiya Federasiyası Təhlükəsizlik Şurasının daimi üzvlərinin təcili iclasını çağırıb. Toplantıda üçtərəfli sazişin bütün müddəalarının təcili həyata keçirilməsinin zəruriliyi vurğulanıb.

Baş verənləri "Sherg.az"a dəyərləndirən jurnalist, siyasi şərhçi Fuad Abbasovun sözlərinə görə, Ermənistan ictimaiyyəti Baş nazir Nikol Paşinyandan Qarabağda baş verənlərin hesabatını istəyir:

"Yəni, Paşinyandan "Demişdin ki, hər şey yaxşı olacaq, narahatlığa əsas yoxdur, amma övladlarımız ölür, əsir düşür" və s. istiqamətdə hesabat tələb edirlər.

Paşinyan da hesabat verə bilmədiyi üçün Rusiyanı günahlandırır. İstər Təhlükəsizlik Şurası, istər KTMT toplansın, Azərbaycan öz torpaqlarında əks hücum əməliyyatı həyata keçirir.

Beynəlxalq hüquq baxımından tamamilə haqlıyıq. 10 noyabr 2020-ci il sazişinə əsasən, haqlı olduğu bir daha təsdiqlənir. Ermənistan rəhbəri cavabdehliyi üzərindən atır.

Qarabağ münaqişəsi ermənilərdən daha çox rusların nəzarətindədir. Kazımov Anar adlı əsgərimizin şəhid olması rus hərbi birliklərinin sülhü təmin etməməsinin nəticəsində yaşanıb.

Ruslar da bunu yaxşı başa düşür. Azərbaycan tərəfində əsgərin qətlə yetirilməsinə göz yumur, münaqişəni yenidən alovlandıramağa çalışırlar".
скачать dle 12.1