Ərdoğan və Putin Rusiya-Ukrayna müharibəsini müzakirə ediblər

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı olub.
“Report” “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, iki ölkənin liderləri regional məsələlər, o cümlədən Rusiya ilə Ukrayna arasında davam edən müharibə barədə müzakirə aparıblar.