Bia.Az

“Azərbaycan-Türkiyə münasibətləri Türk Dövlətləri Təşkilatına daşınır” - Cahit Bağçı

Siyasət
 7-07-2022, 16:13     238

“Türk Dövlətləri Təşkilatı (TDT) daha güclü olmaq üçün işlər həyata keçirir. Bu gün TDT-nin nəzdində bir sıra təşkilatlar var. Həmin təşkilatlar vasitəsilə də bərabər hərəkət etmə zəmini yaranıb”.

“Report”un xəbərinə görə, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı Azərbaycan Xarici İşlər Nazirliyi ilə ADA universitetinin birgə həyata keçirdiyi “Müharibədən sonrakı dövrdə Azərbaycanın sülh və yaradıcılıq təşəbbüsləri” mövzusunda “Diplomatiya həftəsi” çərçivəsində "Şuşa Bəyannaməsindən sonra Türkiyə-Azərbaycan müttəfiqlik münasibətləri, yeni regional reallıqlar və Qarabağın yenidən qurulması və inkişafında Türkiyənin rolu" haqqında Diplomatiya Həftəsi iştirakçıları qarşısında çıxış edərkən deyib.

Onun sözlərinə görə, media sahəsində də TDT üzvləri birgə fəaliyyət göstərir:

“Ombudsmanlar, media, diaspora və s sahələrdə əlaqələr inkişaf etməkdədir. Azərbaycan və Türkiyə arasındakı münasibətlər bu gün TDT-yə daşınır”.скачать dle 12.1