Bia.Az

“Türkiyə NATO müttəfiqlərindən gözlənilən dəstəyi almayıb” - Ərdoğan

Siyasət / Cəmiyyət
 23-05-2022, 14:49     267

"Türkiyə nə müdafiə, nə də terrorla mübarizədə NATO müttəfiqlərindən gözlənilən dəstəyi almayıb".

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Hızır reis” sualtı qayığının yedəklənməsi və “Selman reis” sualtı qayığının ilk qaynaq mərasimində çıxışı zamanı bildirib.

“Türkiyə nə müdafiə ehtiyaclarını ödəməkdə, nə də 40 illik terrorla mübarizədə müttəfiqlərindən gözlədiyi dəstəyi ala bilmədi. Ölkəmiz dəfələrlə aşkar və gizli sanksiyalara, təhdidlərə, təzyiqlərə və şantajlara məruz qaldıb”, - dövlət başçısı deyib.

Onun sözlərinə görə, Türkiyə NATO-dan terrorla mübarizə üzrə diplomatik bəyanatlar deyil, konkret addımlar görmək istəyir.скачать dle 12.1