Bia.Az

DTX-nın həbs etdiyi baş redaktor AZADLIQDA

Siyasət / Cəmiyyət
 23-12-2020, 22:04     473

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilərək 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilən "Real.info" xəbər portalının baş redaktoru İkram Rafiqoğlu azadlığa çıxıb.

BİA.az xəbər verir ki, məlumat redaksiyaya baş redaktorun yaxınları tərəfindən verilib.

Qeyd edək ki, İkram Rəhimov Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat zamanı tutulub. O, 2019-cu il oktyabrın 26-da Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.2-ci maddələri üzrə (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən hədə-qorxu ilə tələb etmə) cinayət əməllərində şübhəli şəxs kimi saxlanılaraq, cinayət məsuliyyətinə cəlb edilmiş və 5 il 6 ay müddətə azadlıqdan məhrum edilmişdi. 

Mövzu ilə baglı ətraflı məlumat veriləcəkdir.

BİA.az

скачать dle 12.1