Bia.Az

Qazaxıstanda yeni baş nazir

Siyasət
 11-01-2022, 10:52     229

Yanvarın 11-də Qazaxıstan parlamentinin aşağı palatası – Məclis prezident Qasım-Comərd Tokayevin təqdimatına baxaraq Əlixan Smailovu baş nazir təyin edib.

Novator.az bildirir ki, 1972-ci il təvəllüdlü Əlixan Smailov Qazax Dövlət Milli Universitetini bakalavr, Qazaxıstan Menecment, İqtisadiyyat və Proqnozlaşdırma İnstitutunu magistr dərəcəsi ilə bitirib.

Prezident Administrasiyasının sektor müdiri, Statistika Agentliyinin sədri, xarici işlər nazirinin müavini, maliyyə nazirinin müavini, prezidentin köməkçisi postlarını tutub.

2018-ci ildə maliyyə naziri təyin olunub, 2019-cu ildə həmçinin baş nazirin birinci müavini səlahiyyətlərini alıb, 2022-ci il yanvarın 5-də baş nazir Əsgər Mamin və hökuməti istefaya göndəriləndən hökumətə müvəqqəti rəhbərlik edib.

2022-ci ilin ilk günündə Qazaxıstanda maye qaz ikiqat bahalaşıb, bu, kütləvi etiraz aksiyalarına gətirib, hökumət qüvvələri ilə toqquşmalar, iğtişaşlarla müşayiət olunub. Yanvarın 5-də hökumət istefaya göndərilib, ölkədə fövqəladə vəziyyət rejimi tətbiq edilib. Həmin gün prezident Qasım-Comərd Tokayev sabitliyin bərpası üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) hərbi yardım istəyib. Yanvarın 6-dan başlayaraq KTMT-nin hərbi kontingenti Qazaxıstana yeridilib. Hərbi kontingentdə Rusiya, Belarus, Tacikistan, Qırğızıstan, Ermənistan orduları təmsil olunur.скачать dle 12.1