Bia.Az

Qazaxıstanda iğtişaşlar zamanı ölənlərin sayı açıqlandı

Siyasət
 10-01-2022, 10:10     216

Qazaxıstanda iğtişaşlar zamanı ölənlərin sayı 164-ə çatıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin məlumat yayıb.

Məlumata görə, yanvar ayında Qazaxıstanda iğtişaşlar başlayandan indiyədək Almatı şəhərində 103, Qızılorda vilayətində 21, Cambil vilayətində 10, Almatı vilayətində 8 nəfər ölüb.

Qazaxıstanda kütləvi etirazlar 2022-ci ilin ilk günlərində başlayıb. Daha sonra ölkənin qərbindəki Janaozen və Aktau şəhərlərinin sakinləri maye qazın qiymətinin iki dəfə artırılmasına qarşı çıxıblar, sonra etirazlar digər şəhərlərə də yayılıb. Yanvarın 4-ü və 5-də Almatıda təhlükəsizlik qüvvələri ilə toqquşma baş verib, polis gözyaşardıcı qaz və qumbaralardan istifadə edib. Qazaxıstanda internet kəsilib, bir sıra telekanalların yayımı müvəqqəti dayandırılıb. Yanvarın 19-dək bütün ölkədə fövqəladə vəziyyət rejimi tətbiq edilib.

Yanvarın 5-də prezident Kasım-Jomart Tokayev hökuməti istefaya göndərib və respublikanın Təhlükəsizlik Şurasına rəhbərlik edib. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Tokayevin müraciəti ilə əlaqədar Qazaxıstana sülhməramlı qüvvələrin göndərilməsi barədə qərar qəbul edib.
Yanvarın 10-da bütün ölkə ərazisində matəm elan edilib.скачать dle 12.1