Bia.Az

Rusiyadan GÖZLƏNİLMƏZ QƏRAR: Moskva Türk Birliyinə qoşulur? - ŞƏRH

Siyasət
 18-11-2021, 20:11     201

Ermənistanın özü döyüşə bilməz və döyüşmək istəmir. Ermənistan ordusunun əhval-ruhiyyəsi çox aşağıdır.

BIA.AZ xəbər verir ki, bu sözləri axar.az-a açıqlamasında rusiyalı ekspert Aleksandr Razuvayev deyib.

“Nədənsə Ermənistan hesab edir ki, onların əvəzinə KTMT ölkələri mübarizə aparmalıdır. O cümlədən, türk əsilli Qazaxıstan və Qırğızıstan. Rusiyanın özündə də türklər var: Tatarıstanı, Başqırdıstan, Yakutiya. Yeltsin və Qraçov zamanı həmişəlik getdi, Rusiya bir daha heç vaxt başqalarının maraqları üçün mübarizə aparmayacaq”, – ekspert qeyd edib.

A.Razuvayev Ermənistanın Rusiyaya hərbi yardım xahişinin heç bir nəticə verməyəcəyini vurğulayıb:

“Ermənistanın mövqeyi ucuz şantajdır, Moskva bunu qəbul etməyəcək. Lakin bu, sözsüz ki, Kremli qıcıqlandırır. Nə NATO, nə də, məsələn, Fransa ayrılıqda Ermənistan üçün döyüşəcək. Orda axmaqlar yoxdur. Belə bir addımla yalnız birləşib-güclənən Şərqlə münasibətləri korlamaq olar”.
Ekspertin sözlərinə görə, hazırda regionun şəkillənməsi gedir və Rusiyanın öz maraqları var:

“TDƏŞ-ə üzv ölkələrin İstanbulda keçirilən VIII Zirvə toplantısı çərçivəsində Türk Dövlətləri Təşkilatı yaradıldı. Rusiyanın Türk Dövlətləri Təşkilatına daxil olması düzgün olardı. Azərbaycan və Türkiyə isə Aİİ-dədir. Əminəm ki, gec-tez belə olacaq. Ermənistan çətin ki, bunun qarşısını ala bilsin. Ermənistan müharibəni uduzdu, onun problemləri də ancaq özünə aiddir, Rusiyaya deyil”, – deyə həmsöhbətimiz bildirib.


скачать dle 12.1