Bia.Az

“SÜLHMƏRAMLI KONTİNGENTƏ EHTİYAC VAR...” – Putin Azərbaycan-Ermənistan sərhədinə də “sülhməramlı” göndərir?

Siyasət
 18-11-2021, 20:02     270

"Ermənistan-Azərbaycan sərhədində baş verən son insident göstərdi ki, bölgədə vəziyyət hələ tam sakitləşməyib. Belə bir şəraitdə onun gələcəkdə tənzimlənməsi üçün Rusiya diplomatiyasının rolu artır".

"AzPolitika.info" Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu cümə axşamı Rusiya Prezidenti Vladimir Putin Xarici İşlər Nazirliyinin kollegiya iclasında çıxışı zamanı deyib. Rusiya rəhbəri xatırladıb ki, bir il əvvəl Moskvanın fəal vasitəçilik səyləri sayəsində Dağlıq Qarabağda silahlı münaqişə dayandırılıb: 

"Lakin Ermənistan-Azərbaycan sərhədində baş verən son atışmalar göstərdi ki, regionda vəziyyət hələ də tam sakitləşməyib. Sabitliyin təmin edilməsi, mülki əhalinin təhlükəsizliyinin təmin olunması üçün atəşkəsin təminatçısı kimi Rusiya sülhməramlı kontingentinin səylərinə böyük ehtiyac var".

Rusiya lideri çıxışında Bakı ilə İrəvan arasında mübahisələrin həlli istiqamətində səylərin davam etdirilməsində Rusiya diplomatiyasının artan rolunu da vurğulayıb.скачать dle 12.1