Bia.Az

Laçında gərginlik

Siyasət
 10-11-2021, 17:56     44

Müdafiə Nazirliyi rəsmi məlumat yayıb. Qeyd olunur ki, noyabrın 9-u günorta Ermənistan silahlı qüvvələrinin 60-a yaxın şəxsi heyəti iki hərbi yük avtomobilində Laçın rayonunun Qaragöl gölü istiqamətində hərəkət edərək Azərbaycan Ordusunun mövqelərinə aparan yol üzərində yerləşib: “Erməni tərəfi metal konstruksiyalardan hazırlanmış səbətlərdən istifadə etməklə ərazidə möhkəmlənməyə çalışıb. Azərbaycan Ordusunun bölmələri qısa müddət ərzində təxirəsalınmaz tədbirlər həyata keçirib, erməni hərbçilər mühasirəyə alınıb, onların bütün hərəkətləri məhdudlaşdırılıb”.

Məlumata görə, noyabrın 10-u səhər Rusiya tərəfinin xahişini nəzərə alan Azərbaycan hərbçiləri erməni hərbçilərin geri dönməsinə şərait yaradıb. Nazirlik bildirir ki, oxşar təxribatlar gələcəkdə təkrarlanarsa, görülən tədbirlər daha sərt və təsirli olacaq: “Azərbaycan Ordusunun şəxsi heyəti və ərazi baxımından itki yoxdur. Hazırda əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır”.
Ermənistan 1988-1994-cü illərin təcavüzündə Azərbaycanın bütün cənub-qərbini ələ keçirib.
2020-ci il sentyabrın 27-dən Azərbaycanın apardığı hərbi əməliyyatlarda və noyabrın 10-na keçən gecə əldə edilən atəşkəs razılaşması nəticəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Ağdam, Kəlbəcər rayonları tam, Şuşa, Laçın, Xocavənd, Xocalı rayonları və keçmiş Ağdərə rayonu qismən azad olunub.
Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun bir hissəsi işğalda qalır.
Laçın şəhəri və rayonun 6 kəndi bölgədə atəşkəsə məsul Rusiya Ordusu bölmələrinin əlindədir.
Azad edilmiş sərhəd bölgələrində, o cümlədən Ermənistana bitişik Zəngilan, Qubadlı, Laçın, Kəlbəcər rayonlarında mühafizə sistemi gücləndirilir. Azərbaycan hərbçiləri 2021-ci ilin may ayında Ermənistanla sərhədin Laçın rayonu istiqamətindəki Qaragöl sahəsini və Kəlbəcər istiqamətində bəzi əraziləri nəzarətə götürüb. Ermənistan bunu öz ərazisinə müdaxilə sayır.скачать dle 12.1