Bia.Az

ERMƏNİ NAZİR QARABAĞDA NECƏ PEYDA OLUB? - Rusiya sülhməramlıları hara baxır? + VİDEO

Siyasət
 9-11-2021, 18:55     37

Ermənistan mətbuatında ölkənin müdafiə naziri Arşak Karapetyanın Qarabağın Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olduğu ərazilərinə səfər etməsi barədə informasiya yayılıb.

Sözügedən səfərin noyabrın 6-da baş tutduğu iddia olunur. Onun Qarabağda “döyüş mövqelərini” ziyarət etdiyi, “mövqelərin gücləndirilməsi” ilə tanış olduğu bildirilir.

Erməni nazirin Qarabağa getməsinə dair görüntülər mətbuatda əksini tapmayıb. Bu informasiyanın erməni təbliğat maşınının növbəti istehsalı olması da istisna deyil.

Lakin informasiya doğrudursa, o zaman növbəti dəfə suallar yaranır: Ermənistan rəsmisinin, üstəlik müdafiə nazirinin Azərbaycan torpaqlarına sərbəst şəkildə gəlməsinə kim icazə verib? Sülhməramlıların nəzarətində olan əraziyə necə olur ki, Ermənistan rəsmisi gedə bilir?

Sülhməramlıların əsas vəzifəsi Qarabağda sülhün qorunması olmaqla bərabər, eyni zamanda sülhə əngəl yarada biləcək təxribatların qarşısının alınmasıdır. Ordusu döyüş meydanından rüsvayçı şəkildə qaçan dövlətin MN rəhbərinin Qarabağa gəlməsi yolverilməzdir. Rusiya sülhməramlıları elə Laçın dəhlizinin girişindəcə həmin şəxsi saxlayıb, gəldiyi yerə yollamalıydı. Erməni nazirə birbaşa şəkildə izah olunmalı idi ki, onun Azərbaycan torpaqlarına daxil olması mümkünsüzdür.

O zaman həmin nazir də hazırda rəhbəri olduğu “ordu”nun bir il öncəki taktikasından istifadə edərək düz İrəvana kimi arxasına baxmadan gedərdi. Sülhməramlılar buna göz yumubsa, o zaman bu erməni təxribatında elə onların özləri qədər günahkardırlar.

Əgər Rusiya sülhməramlıları sadə dillə bu həqiqəti izah edə bilmirsə və ya etmək istəmirsə, erməni nazir və onunkimilər reallığa qarşı birbaşa təxribatla məşğul olurlarsa, Azərbaycan dövlətinin və ordusunun qüdrətini onlara xatırlatmasına çox vaxt tələb olunmur. Çox yox, cəmi bir il öncə iti qovan kimi qovulduqlarını unudublarsa, həmin iti yenidən rədd edəcək “dəmir yumruq” yerindədir! (oxu.az)


скачать dle 12.1