Əli Hüseynov: “Bu bayraq qürur mənbəyimiz, qüdrətimiz, şərəfimizdir”
“Bu bayraq qürur mənbəyimiz, qüdrətimiz, şərəfimizdir”
Bu sözləri BİA.AZ-a YAP Agsu rayon təşkilatının sədri Əli Hüseynov deyib. Təşkilat rəhbəri qeyd edib ki, Dövlət bayrağı hər bir Azərbaycan vətəndaşı üçün müqəddəsdir və bu müqəddəslik nəsildən-nəsilə, əsrdən-əsrə keçərək öz əhəmiyyətini tarix boyunca saxlayıb. Bayraq hər bir Azərbaycan vətəndaşının qürur mənbəyi, müstəqil dövlətimizin isə şərəfi, qüdrətidir.
Təşkilat sədri deyib: "Bayraq ucalıqdır, milli heysiyyətdir, vətəndaşlıq qürurudur. Bayraq millət, dövlət, milli mənlik deməkdir. BAYRAQ bizlər üçün torpaq qədər müqəddəsdir. Və müzəffər ordumuz ard-ardına işğal olunan torpaqlarımızı azad etdikcə məhz BAYRAĞIMIZ həmin yerlərdə sancılmaqla xoş xəbərlər, qələbə müjdəçisinə çevrilirdi... Ümummilli lider Heydər Əliyev deyirdi: “Mən çox ölkələrə gedirəm. Hava limanında Azərbaycan bayrağını görəndə həddindən artıq sevinirəm. Yaşadığım iqamətgahın, əyləşdiyim avtomobilin üstündə Azərbaycan bayrağını, hansı bir yerə danışığa gedəndə Azərbaycan bayrağını görürəm. Bu, bizim müstəqil dövlətimizin rəmzidir. Ona görə də hər bir Azərbaycan vətəndaşı, xüsusən gənc nəsil bunu dərk etsin, qiymətləndirsin. Onda bayrağa olan məhəbbət, eyni zamanda, vətənə, xalqa, dövlətə olan məhəbbət bərabər olsun”.
Ruhunuz şad olsun, dahi şəxsiyyət... Sizin arzularınız, gənc nəsildə görmək istədikləriniz uğurla reallaşmaqdadır. Dünən Azərbaycanda Qarabağda qazanılan Böyük Qələbənin birinci ildönümü - ilk Zəfər Günü qeyd olundu. Ümumxalq şənliyi hazırda da böyük coşqu ilə davam etməkdədir. Bayram bayrama qarışıb. Əllərində ay-ulduzlu bayraqlar dalğalandıran, müzəffər Ali Baş Komandanımızın portretlərini tutan milyonlarla Azərbaycan insanı ölkəmizin hər bir guşəsində bu qələbənin memarı olan dövlət başçısına, onun əmrlərini layiqincə yerinə yetirən rəşadətli Ordumuza, Qalib əsgərimizə minnətdarlıqlarını ifadə edirlər.
Son 200 illik tariximizdə ilk dəfədir ki, torpaq itirmədik, əksinə itirilmiş torpaqlarımızı bərpa etdik. Bu gün biz bu baxımdan tariximizin ən şanlı, ən şərəfli, ən qürurlu günlərindən birini yaşayırıq. Bu gün Azərbaycan xalqı bu qələbənin bir illiyini qeyd edir. Bizim birliyimiz, həmrəyliyimiz, cənab Prezidentin qətiyyəti ilə, rəşadətli ordumuzun qəhrəmanlığı ilə biz bu qələbəni çaldıq. Bu gün bizim qarşımızda duran ən vacib məsələlərdən biri də bu birliyi və həmrəyliyi qorumaq, cənab Prezidentin ətrafında sıx birləşməkdir. Qarşımızda bizi hələ çox qələbələr gözləyir.
Qoy ücrəngli Baragımız daim yüksəkliklərdə dalgalansın!
Dünyanın ən gözəl BAYRAĞI, sənə ancaq QƏLƏBƏ yaraşır!"
Dünyanın ən gözəl BAYRAĞI, sənə ancaq QƏLƏBƏ yaraşır!"
BİA.AZ