Bia.Az

Gürcüstanda “Mişaya azadlıq!” şüarlı mitinq keçirilir

Siyasət
 4-10-2021, 17:30     12

Gürcüstanın Rustavi şəhərində keçmiş prezident Mixeil Saakaşviliyə azadlıq tələbi ilə kütləvi aksiya keçirilir.

“Report”un yerli bürosu xəbər verir ki, “Mişaya azadlıq!” şüarlı aksiya siyasətçinin saxlanıldığı 12 saylı cəzaçəkmə müəssisəsinin yaxınlığında təşkil olunub.

Mitinqdə M.Saakaşvilinin lideri olduğu Vahid Milli Hərəkat Partiyasının (VMHP) çox sayda tərəfdarları iştirak edirlər. Aksiyaya ölkənin müxtəlif bölgələrindən dəstək qrupları da qoşulub.

Aksiyaçılar Gürcüstan, Ukrayna, Azərbaycan və NATO-nun bayraqlarını da tutublar.

Penitensiar müəssisənin ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib.скачать dle 12.1