Bia.Az

“İran Vartan Respublikası” deyək?!...

Siyasət
 4-10-2021, 12:54     190

Mirzə AĞ

Təxminən, 33-34 il bundan əvvəl Bakı Dövlət Universiteti Azərbaycan tarixi kafedrasının müdiri, professor Süleyman Əliyarov yazmışd ki, ilk erməni katalikosunu xaç suyuna FARS KEŞİŞİ salıb. Profesorun məqaləsi «Azərbaycan» jurnalında dərc olunmuşdu və rəhmətlik Bəxtiyar Vahabzadə onu Almaniyada yaşayan Əhməd Şmideyə göndərmişdi…
Qarabağ separatizmi baş qaldıran anlardan üzübəri İran adlı fars-molla dövləti bu «andına» sadiq qalaraq, islam ölkəsi olan Azərbaycana qarşı xain təxribatlarla yadda qalıb. Xəyanət günümüzdə də davam edir - molla rejimi təcavüzkar Ermənistana hər cür dəstək verir. Buna minlərlə misallar gətimək olar, amma yazılanarı təkrarlayıb da vaxt «öldürmək» istəmirəm…
Məlumdur ki, Azərbaycan islam ölkəsidir, onun düşməni olan Ermənistan isə xristiandır, başında da həmin fars keşişinin xaç suyuna salmış olduğu katalikosun xələfi durur və ədəb-ərkanla xaç çevirməkdə davam edir, məqam düşdükcə donuz əti yeyib, araq içəndən sonra fars ayətulahı ilə marça-març öpüşür. O da bəllidir ki, müsəlmana donuz əti yemək və spirtli içki içmək qadağanır. İndi fikir məni götürüb - ayə, donuz yeyənlə öpüşməyin donuz yeməyin arasında nə fərq varmış ki? Amma fars ayətullah utanmadan opüşür! Bu, islama yönəlik bir XƏYANƏT deyilmi?!
Xristianla müttəfiq olan, Vətən uğrunda savaşda müsəlmanla düşmənçilik edən İran molla rejimi İslam Əməkdaşlıq Təşkilatına (İƏT) soxularaq, qlobal miqyasda insanlar arasında əslində, islamı nüfuzdan salan alçaq təxribatlarla məşğul olaraq, islama növbəti xəyanəti etmiş olur…
İslam dünyasında bölücülüklə (şiə, sünnü) məşğul olan İran-fars molla rejimi, əslində, bir qrup sulaq mollanın şəxsi mənfəəti xatirinə islam dinini gücdən salır, onu namərdlər-kafirlər qarşısında köməksiz hala gətirir ki, bu da İranın növbəti xəyanəti hesab olunmalıdır…
İslam dünyası qarşısında İran fars-molla reiminin işlədiyi saysız-hesabsız XƏYANƏTdən söhbət açmaq olar. Amma hesab edirəm ki, gerçək mənzərəni təsvir etmək üçün sadaladığım mənfur xəyant əməlləri də kifayət edər ki, nəhayət, İƏT qaşısında İranı rejiminin hüquqi məsuliyyət məsələsinə baxılması prosedurunun işlənib hazırlanması təşəbbüsü ilə çıxış edəm. Bunun üçün mənim ən azı, mənəvi hüququm var. Belə ki: Əşhədü-ən-la-ilahə-illəllah, Əşhədü ənnə Mühəmmədən Rəsul Allah!
Başqa sözlə, Əl-həmdü-Lillahi mən müsəlmanam, yeddi-arxa dönənim müsəlmandır, nəslimdə-kökümdə başqa qarışıq yoxdur!
Yuxarda yazdıqlarmı əsas götürərək, İƏT-dan tələb edirəm ki, İran İslam Respublikası sözbirləşməsi İran molla reiminin mahiyyəti ilə düz gəlmədiyi üçün:
1. Bu dövlətin adı dəyişdirilsin və bundan sonra «İran Vartan Respublikası» adlandırılsın;
2. İran Vartan Respublikası İslam Əməkdaşlıq Təşkilatının sıralarından xaric olunsun.
Yoxsa ki, 3-5 dələduz, vələdüzina fars mollasının alçaq məkrinə görə gözəl dinimizdən imtina edəsi ha deyilik!
Bismillahi-r-Rəhmani-r-Rəhim, və rəhmətullahi və bərəkətuhu!скачать dle 12.1