Bia.Az

SAAKAŞVİLİ GÜRCÜSTANA QAYIDIB? - Gürcüstan DİN-dən açıqlama + VİDEO (Yenilənib)

Siyasət
 1-10-2021, 11:37     223

Sabiq Prezident Mixeil Saakaşvili Gürcüstan sərhədini keçməyib. 
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyindən bildirilib.

***

“Sabahın xeyir Gürcüstan. Səkkiz ildən sonra artıq Gürcüstandayam”.

 “Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili feysbuk səhifəsində yazıb.

Qeyd edək ki, sabiq dövlət başçısının oktyabrın 2-də Gürcüstana gedəcəyi gözlənilirdi. O, həmin tarixə Tbilisiyə bilet almışdı.
Biraz əvvəl yayımladığı videoda isə Batumidə olduğunu bildirib.
Eks-prezident feysbuk səhifəsində Gürcüstanda olduğunu təsdiq edən video da paylaşıb.
Videoda Batumi şəhəri əks olunub.

“Bu, mənim Batumimdir... Həyatımla risk edib buraya gəldim”, - o yazıb.
M.Saakaşvili hamını sabah keçiriləcək yerli seçkilərdə iştiraka, oktyabrın 3-də isə mitinqə çağırıb.


скачать dle 12.1