Bia.Az

MİNSK QRUPU YENİDƏN QAYIDIR – “Azərbaycan BMT TŞ-nın 3 üzvü ilə qarşıdurmaya getmək istəmədi”

Siyasət
 30-09-2021, 01:45     205

Minsk Qrupu həmsədrlərinin BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyanla bir arayaya gəlməsi vasitəçilərin yenidən prosesə qoşulmasına rəvac verib.

Qeyd edək ki, həmsədrlərin prosesə qayıtması ABŞ və Fransanın başlıca tələblərindən biri idi, Ermənistan da eyni mövqedən çıxış edird. Rusiyaya gəldikdə, rəsmi Moskva əsas təşəbbüskarlardan biri kimi çıxış etməsə də, vasitəçilərin yenidən aktivləşməsinə qarşı çıxmır.
Amma 44 günlük müharibənin yaratdığı reallıqlara uyğun olaraq vəziyyət tamamilə fərqlidir. Azərbaycan Qarabağ münaqişəsini bitmiş sayır, bu kontekstdə Minsk Qrupu ilə müzakirə etməyə heç bir mövzusunun olmadığını bəyan edib. Bununla yanaşı rəsmi Bakı həmsədrlərin Azərbaycan və Ermənistan arasında problemlərin həllində vasitəçi olmasına etiraz etmir.

Beləliklə, həmsədrlər yenidən müzakirələrə qayıdıblar, amma bu dəfə əsas ziddiyət onların missiyasının nədən ibarət olacağıdır. Azərbaycan Qarabağ məsələsini müzakirə etməyəcək, o zaman vasitəçilərin mandatı nədən ibarət olacaq?скачать dle 12.1