Bia.Az

Vilayət Eyvazov rəis müavinini işdən qovdu

Siyasət
 31-08-2021, 10:43     197

Azərbaycanda rəis müavini işdən azad olunub.

Oxu.az məlumatına görə, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Qazax Rayon Polis Şöbəsinin əməliyyat üzrə rəis müavini, polis polkovnik-leytenantı Tahir Orucov xidmətdə buraxdığı nöqsanlara görə, daxili işlər orqanları sıralarından xaric edilib.

Onun vəzifədən çıxarılmasına səbəb toylarda karantin rejimi qaydalarının pozulmasına göz yumması olduğu bildirilir.скачать dle 12.1