Bia.Az

Dağ yolları çəkilməlidir, qışa hazırlıq təmin olunmalıdır - Zakir Həsənov

Siyasət
 30-08-2021, 14:14     30

General-polkovnik Zakir Həsənov azad edilmiş ərazilərdəki bölmələrdə qoşun xidmətinin təşkili, ərazilərin mina və partlamamış döyüş sursatlarından təmizlənməsi, hərbi infrastrukturun yaradılması, dağ yolların çəkilməsi və onların daim işlək vəziyyətdə saxlanılması, bölmələrin qışa hazırlığının təmin edilməsi ilə bağlı müvafiq tapşırıqlar verib.

Bunu müdafiə naziri Mərkəzi Komanda Məntəqəsində keçirilən xidməti müşavirədə deyib.

O, nizam-intizam və təhlükəsizlik, o cümlədən yanğın təhlükəsizliyi qaydalarına riayət olunması, eləcə də hərbi qulluqçuların tibbi təminatının daha da yaxşılaşdırılmasına xüsusi diqqət yetirilməsinin vacibliyini bildirib.скачать dle 12.1