Bia.Az

Azərbaycan beynəlxalq koronavirus statistikasında

Siyasət
 18-07-2021, 15:25     199

İyulun 17-nə olan beynəlxalq statistikaya görə, yeni növ koronavirus infeksiyası 209 ölkə, ərazi və məkanda 4 milyon 94,5 mindən çox adamın ölümünə gətirib. Novator.az bildirir ki, Azərbaycan 4990 ölümlə 63-cü sırada durur.

Rusiya 6-cı yerdə (147655 ölüm), İran 13-cü yerdə (86966 ölüm), Ukrayna 18-ci yerdə (52718 ölüm), Türkiyə 19-cu yerdə (50450 ölüm) göstərilir.

İtki statistikasında Moldova 57-ci sırada (6222 ölüm), Gürcüstan 60-cı sırada (5538 ölüm), Qazaxıstan 64-cü sırada (4909 ölüm), Ermənistan 67-ci sırada (4559 ölüm), Litva 70-ci sırada (4404 ölüm) yer alır.

Belarus 3306 ölümlə 79-cu, Latviya 2543 ölümlə 84-cü, Qırğızıstan 2165 ölümlə 92-ci, Estoniya 1271 ölümlə 104-cü, Özbəkistan 793 ölümlə 118-ci, Tacikistan 110 ölümlə 163-cüdür.

2019-cu ilin dekabrında Çində üzə çıxaraq dünyanı bürüyən koronavirus infeksiyasına Azərbaycanda ilk yoluxma 2020-ci il fevralın 28-də, xəstəlikdən ilk ölüm martın 12-də qeydə alınıb.

Mənbə: Worldometers.infoскачать dle 12.1