Bia.Az

ERMƏNİLƏR "ŞƏRƏFİM VAR" DEYƏNLƏRƏ SƏS VERMƏDİ - Cəmi 2.5 faiz Sarqsyanın şərəfinin olduğuna inanıb

Siyasət
 22-06-2021, 10:52     198

Seçicilərin cəmi 2.5 faizi Sarqsyanın şərəfinin olduğuna inanıb

Ermənistandakı növbədənkənar parlament seçkisinin maraqlı nəticələrindən biri də böyük təmtəraqla, hay-küylə yaradılan və pafoslu “Şərəfim var” adı verilən seçki blokunun fiaskoya uğramasıdır.

“AzPolitika.info” xəbər verir ki, sabiq prezident Serj Sarqsyanın və ölkənin təhlükəsizlik xidmətinin sabiq rəhbəri Artur Vanetsyanın partiyalarının birləşdiyi “Şərəfim var” bloku cəmi 5.23 faiz səs toplamaqla, Nikol Paşinyana biabırçılıqla uduzan siyasi qüvvələrin sırasında yer alıb.

Belə çıxır ki, ermənilər Sarqsyanla Vanetsyanın hərəsinə cəmi 2.5 faiz səs verib. Bu göstərici isə sözügüdən blokun seçki öncəsi ortaya qoyduğu iddialar və özündən razı bəyanatlarla qətiyyən uyğunluq təşkil etmir.скачать dle 12.1