Bia.Az

Putinin sabiq müşaviri: "Rusiya cənubdan hücum edəcək"

Siyasət
 10-05-2021, 15:21     301

Rusiya Şimali Krım kanalını işə salmaq və Krıma suyun verilməsini bərpa etmək üçün Ukraynaya hücum edə bilər.

Axar.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putinin sabiq müşaviri Andrey İllarionov Ukraynanın "1+1" telekanalında müsahibəsi zamanı deyib.

Onun sözlərinə görə, bu planı həyata keçirmək üçün Rusiya Ukraynanın cənubunuda yeni hərbi müdaxiləyə başlaya bilər:

"Bu, Krıma gedən Şimali Krım kanalının məcrasının keçdiyi yerdir. Bu ərazini tutmaq da, saxlamaq da kifayət qədər asandır. Buna uyğun olaraq, Rusiya tərəfi yarımadanın su çatışmazlığını dəfələrlə dilə gətirərək, Krımda baş verən humanitar fəlakət üzrə təbliğat kampaniyası aparır".скачать dle 12.1