Bia.Az

Rusiyanın İrəvandakı səfirindən ikibaşlı mövqe – Kopırkin niyə “Mustafa” deyə bilmir?

Siyasət
 10-05-2021, 15:16     299

“Ölkələrimizdə müharibə haqda yaddaşa böyük sayğı ilə yanaşır, tarixi həqiqətin qorunmasına ciddi önəm verirlər. Təəssüf ki, indi bunun uğrunda həm də mübarizə aparmaq lazım gəlir, tarixi saxtalaşdırmaq, nasizmi qəhrəmanlaşdırmaq, nasistlərin bəşəriyyətə qarşı törətdikləri cinayətləri inkar etmək, xilaskar əsgərlərin rolunu azaltmaq cəhdlərinə qarşı müqavimət göstərmək lazım gəlir”.

Musavat.com-un məlumatına görə, bu sözləri Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin İrəvanda 9 May Qələbə Günü ilə bağlı tədbirdə erməni mediasına müsahibəsində deyib.

Amma diplomat əfsus ki, konkret fakt gətirməyib, ölkə adı çəkməyib. Halbuki uzağa getməyə lüzum yox. Elə Kopırkinin müsahibə verdiyi İrəvan şəhərinin özündə, bəlkə də Rusiya səfirliyinin lap yaxınlığında 3 ildir nasist əlaltısı Qaregin Njdenin 6 metrlik abidəsi ucalır və həmin yer az qala ermənilər üçün müqəddəs məkana, pirə çevrilib! Hələ harasıdır, deyilənlərə görə, diplomatik nümayəndəliyin özü də Njdenin adını daşıyan prospektdə yerləşir! (Bu haqda vaxtilə yazmışıq).

Qəribədir, deyilmi? İnanmaq olmur ki, rusiyalı diplomat “Ölkələrimizdə müharibə haqda yaddaşa böyük sayğı ilə yanaşır, tarixi həqiqətin qorunmasına ciddi önəm verirlər” söylərkən Ermənistanını da nəzərdə tutur. Yəni klassik siyasi riyakarlıq nümunəsi. Axı onun təmsil elədiyi dövlətin – Rusiyanın Xarici İşlər Nazirliyinin iki il öncə yaydığı hesabatda Qaregin Njde də faşist əlaltısı kimi təqdim olunub...
“Şəxsən mən Ermənistanın 6 şəhərində Njdenin 8 abidəsini saymışam”.

Bunu isə rusiyalı tanınmış tarixçi, siyasi analitik Oleq Kuznetsov deyib. O, haqlı olaraq bildirib ki, Ermənistanda bu gün Njde şəxsiyyətinə pərəstiş mövcuddur və nasizmin qəhrəmanlaşdırılması dövlət siyasəti səviyyəsinə qalxıb. “Müasir Ermənistanda Qaregin Njdenin şəxsiyyətini qəhrəmanlaşdırılmasının miqyası onun üçün qurulan abidələrin sayı ilə anlaşılır. Şəxsən mən 6 şəhərdə 8 abidə saymışam. Ermənistanın 28 yaşayış məntəqəsində nasist cinayətkarın adını daşıyan prospekt, küçə, meydan, xiyaban, körpülər var. Ölkədə onun adı verilmiş kənd də mövcuddur. Bir sözlə, Ermənistanda Njdenin şəxsiyyətinə pərəstiş nasist Almaniyasında Hitler şəxsiyyətinə pərəstişin eynisidir”, - tarixçi-analitik qeyd edib (Trend).

Kuznetsov bunun həm də erməni faşizminin bir təzahürü olmasına vurğu salaraq deyib: “Bu məsələnin əsas təhlükələrindən biri odur k, ermənilər yaşadıqları ölkələrin hər birində dövlətçiliyin təhdidinə çevrilirlər. Azərbaycan torpaqlarının 30 illik işğalı göstərdi ki, nasizm ideyaları ilə ermənilər tərəqqi iqtidarında deyil və dünyaya yalnız xaos və dağıntı gətirir”.

İndi guya cənab Kopırkin öz tarixçi soydaşı Kuznetsovun dilə gətirdiyi bütün bu həqiqətlərdən bixəbərdir? Əsla. Ermənistandakı səfir olaraq, bunu o, şübhəsiz, ondan da yaxşı bilir və gözəl şəkildə də məlumatlıdır. O zaman nədən “mıs-mıs” deyir, ancaq “Mustafa” söyləyə bilmir?!..

Və sonda. İbrətamizdir ki, mayın 9-da ermənilər faşist-terrorçulara rəğbətlərini Xankəndində də nümayiş etdiriblər. Özü də əyani şəkildə, ruslardan və onların hərbçilərindən çəkinib-eləmədən.

Şəklə diqqətlə baxın. Oradan boylanan ASALA üzvü, quldur-terrorçu, çaqqal Melko Melkonyanın simasını tanıdınız yəqin ki. Sən demə, ermənilər Böyük Vətən müharibəsinin qəhrəmanları sırasına beynəlxalq terrorçu Melkonyanı da əlavə ediblər. Belə ki, Xankəndində qələbənin 76-cı ildönümünü qeyd etmək cəhdi zamanı Böyük Vətən müharibəsi qəhrəmanlarının portretləri arasında Monte Melkonyanın fotoşəkili olan lövhə də qoyulub. Sosial şəbəkələrdə yayımlanan həmin fotoşəkildə hətta “Vətən Müharibəsi Ordeni” görünür.

ASALA üzvü, quldur və başkəsən M.Melkoynanın kimliyi Azərbaycan xalqına yaxşı məlumdur. Birinci Qarabağ müharibəsi zamanı dinc soydaşlarımıza qarşı çoxsaylı vəhşiliklər törətmiş bu cani 12 iyun 1993-cü ildə Ağdamın Mərzili kəndində haqq elədiyi aqibətə tuş gələrək hərbçilərimiz tərəfindən gəbərdilib.

Yeri gəlmişkən, görəsən nasist şərəfsizi Njdenin ərazimizdəki - Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan Xocavənddəki “abidəsi” söküldümü? Deyilənlərə görə, “general-qubernator” Rüstəm Muradov bununla bağlı şəxsən ermənilərə mayın 9-dək vaxt vermişdi. Artıq ayın 10-dur...

BİA.AZ
скачать dle 12.1