Bia.Az

"AYDINDIR Kİ, BU, ONUN İLK CİNSİ İSTİSMARI DEYİL" - Türkiyənin usta qələmi Mirələmovdan yazdı

Siyasət
 26-04-2021, 10:56     213

“Hürriyyet”in yazarı Ərtuğrul Özkök:"Adama hər şey deyə bilərəm..."

Türkiyə mətbuatının usta qələmlərindən olan Ərtuğrul Özkök sabiq deputat Hüseynbala Mirələmovla bağlı ölkədə yaşanan qalmaqaldan yazıb.
Musavat.com xəbər verir ki, “Sabık deputattan biyarbırçi görüntü” başlıqlı köşə “Hüriyyet” qəzetində və saytında yer alıb. Köşə yazarı özünəməxsus üslubda hadisəyə fərqli bir baxış sərgiləyib. Yazını Azərbaycan türkcəsində təqdim edirik:
“"Sabık" Osmanlı türkcəsində “keçmiş” deməkdir.
- Rus mənşəli bir söz olan "Deputat" isə "millət vəkili” deməkdir.
- "Biabırçı" Azərbaycan dilində "utanc verici” deməkdir ...
- "Görüntü" tam olaraq "görüntü..." deməkdir.
Dünən səhərdən bəri Bakıdan gələn bu videoya gülürəm və özüm də güldüyüm üçün əsəbiləşirəm.
Dünən T24-də gördüm. Azərbaycanda günün mövzusu idi və televiziyada bu başlıqla verildi. 75 yaşında olan keçmiş millət vəkili Hüseyinbala Biralamov.(yazar Mirələmovun soyadını bu formada yazıb-musavat.com). Yəni, məndən bir yaş böyükdür.
Televiziya yayımı zamanı kameranın açıldığını unudur və yanında əyilən köməkçisinin yançağına elə bir toxunur ki… Açıq-aşkar təcavüz…
Normal olaraq reaksiya verməliyəm ... “MeToo” dövründə avaz-avaz qışqırmalıyam.
Amma əlimdə deyil, bir anlıq özümü unudub, özümü italyan komediyasında düşünüb, qəhqəhələr atmağa başlayıram. Özü də bu, qəfil toxunmaq kimi də deyil…
Adam ciddi-ciddi kameraya baxarkən, köməkçisinin arxasından keçdiyini görən kimi, qəfildən çevrilib, ovcunu onun yançağına yapışdırır.
Üstəlik yazıq qız kameranın açıq olduğunun fərqindədir… Əlbəttə, buna görə Azərbaycan qarışıb…
Əlbəttə, dərhal özümə gəlib, lazımi reaksiyanı verdim. Ancaq beynimi qurcalayan şey başqadır…
Adam bu hərəkəti elə normal bir reflekslə edir ki...
Aydındır ki, bu, onun ilk cinsi istismarı deyil ...
Və bəlkə də qız işini itirməmək üçün bunlara dözür ...
Adama hər şey deyə bilərəm, təkcə "Yaşından utan, ay adam” demərəm…скачать dle 12.1