Bia.Az

SON DƏQİQƏ!!! Putindən QARABAĞ AÇIQLAMASI: Peşman olacaqlar... - ŞOK XƏBƏRDARLIQ

Siyasət
 21-04-2021, 21:21     1 946

Rusiya prezidenti Vladimir Putin bu gün Federal Məclis qarşısında xalqa müraciəti zamanı Dağlıq Qarabağda münaqişənin dayandırılmasında “həlledici rolunu” vurğulayıb.

 Virtualaz.org xəbər verir ki, Putin Rusiyanın geniş beynəlxalq əməkdaşlıq üçün açıq olduğunu deyib.

“Artıq Suriyada vəziyyətin stabilləşməsi üçün çox iş görülüb, Liviyada siyasi dialoq qurulub. Rusiya Dağlıq Qarabağ rayonunda silahlı münaqişənin dayandırılmasında başlıca rol oynayıb”,-o bildirib.

Putin Rusiyaya münasibətdə “özündənrazı və eqoist ton” istifadə edənlərə də xəbərdarlıq edib, belələrinə cavab vermək üçün Moskvanın imkan tapacağını deyib.

“Əgər kimsə dialoq aparmaq istəmirsə, eqoist və özündənrazı ton seçirsə Rusiya həmişə öz mövqeyini qorumaq üçün yol tapacaq”,-Putin bildirib. O, Rusiyanı hədəfə almaq cəhdlərini ironiya ilə “yeni idman növü” adlandırıb.

“Bəzi ölkələrdə belə pis adət yaranıb-istənilən bəhanə ilə, tez-tez isə ümumiyyətlə bəhanəsiz Rusiyanı hədəf alırlar. Hansısa idman növüdür-görək kim daha bərkdən nəsə deyəcək”,
- o deyib.

O bildirib ki, Rusiyaya qarşı təxribatlar törədənlər heç bir zaman olmadıqları qədər peşman olacaqlarскачать dle 12.1