Bia.Az

Rusiya niyə Ermənistanın əleyhinə səs verdi? - Ermənilərdən açıqlamalar

Siyasət
 21-04-2021, 14:26     1 497

Rusiyanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) 12 üzvdən ibarət heyəti "erməni əsirlər" məsələsinin qurumda müzakirəsini dəstəkləməyib. 12 üzvdən beşi məsələnin əleyhinə səs verib, yeddisi isə səsvermədə iştirak etməyib.

"AzPolitika.info" xəbər verir ki, bu barədə erməni mediası yayıb. Məlumatda bildirilir ki, Rusiyanın nümayəndə heyəti praktik olaraq tam heyətlə Türkiyədə demokratiyanın da AŞPA-da müzakirəsinə qarşı çıxıb və bununla faktiki olaraq, rəsmi Ankaranı dəstəkləyib.
Ermənistanın strateji müttəfiqi sayılan Rusiya niyə Azərbaycanda saxlanılan erməni diversantların məsələsinin Strasburqda müzakirəsini dəstəkləməyib? 
Ermənistanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Ruben Rubinyan “Azatutyun”a deyib ki, baş verənləri Rusiya nümayəndə heyətinin rəhbəri Pyotr Tolstıy ilə müzakirə edib.
“O mənə dedi ki, onlarda kommunikasiya problemi çıxıb və onlar Rusiyanın mövqeyini dəstəkləyirlər, erməni əsirlər dərhal ‘hamının hamıya’ prinsipilə qaytarılmalıdır. Həmkarım onu da bildirdi ki, müvafiq çıxışları ilə bu mövqeyi təsdiqləyəcəklər”, – Rubinyan söyləyib.
Analitik Ruben Meqrabyanın fikrincə, erməni əsirlərin Rusiya üçün prioritet olmasıyla bağlı söhbətlər reallığı tam əks etdirmir.
“Buna müxtəlif izahlar verilir, amma böyük anlamda rusların bizim əsirlərin buraxılmasına qarşı çıxması bizi maraqlandırmır. Səbəblər bizi qətiyyən maraqlandırmır və maraqlandırmamalıdır”, – Meqrabyan vurğulayıb.
Xatıraladaq ki, rəsmi Bakı dəfələrlə bəyan edib ki, Azərbaycan bütün hərbi əsirləri qarşı tərəfə qaytarıb, digər saxlananlar üçtərəfli atəşkəs bəyanatı imzalanandan sonra - 26 noyabrda Azərbaycanın işğaldan azad olunmuş ərazisinə Ermənistanın Şirak vilayətindən gələnlərdir: "Həmin şəxslər terror əməlləri törədilib, onlar barəsində Azərbaycanda istintaq əməliyyatları davam etdirilir".скачать dle 12.1