Bia.Az

Merkelə alqış!!!

Siyasət
 10-02-2021, 01:08     321

Almaniyada hakim partiyanın – Xristian Demokrat İttifaqının sədri dəyişib: kansler Angela Merkeli Armin Laşet əvəzləyib.
1954-cü il təvəllüdlü Angela Merkel siyasətə 1990-cı ildə qoşulub, əvvəl Xristian Demokrat İttifaqının üzvü, sonra isə parlamentin bu partiyadan deputatı olub. 1991-ci ildə Xristian Demokrat İttifaqı sədrinin müavini, 1998-ci ildə baş katib, 2000-ci ildə sədr seçilib.


1991-1994-cü illərdə qadınlar və gənclər naziri, 1994-1998-ci illərdə ətraf mühit və təbiətin mühafizəsi naziri postlarını tutub, 2005-ci ildən hökumət başçısı – Almaniya kansleridir.


2018-ci ildə Angela Merkel partiya sədrliyindən getmək istədiyini, 2021-ci ilin parlament seçkisində namizədliyini verməyəcəyini, kansler postuna və başqa hansısa vəzifəyə iddia etməyəcəyini bəyan edib. 2021-ci il yanvarın 16-da Armin Laşet Xristian Demokrat İttifaqının sədri seçilib.


Novator.az-ın məlumatına görə, vəkil Aqil Layıc yazır ki, Angela Merkel 16 ildir 80 milyonluq alman xalqını öz ağlı, dərrakəsi, uzaqgörənliyi ilə idarə edir: “O, öz qohumlarından heç kimi vəzifəyə təyin etməyib. Heç vaxt xoşu gəlməyən və onun göstərişləri ilə razılaşmayan adamları cəzalandırmayıb. Heç vaxt cəfəngiyat danışmayıb, ya da paytaxt Berlinin küçələrində şəkil çəkdirməyib. İndi rəhbərliyi bundan sonra Almaniyanı daha yaxşı vəziyyətə gətirə biləcək şəxsə təhvil verir.


Almanlar Merkeli alqışlarla yola salır. 16 ildə Merkel vəzifəsindən heç nə əldə etməyib. Nə avtomobili, nə daşınmaz əmlakı, nə şəxsi təyyarəsi, yaxtası var…


Mətbuat konfranslarının birində jurnalist Merkelə sual verib ki, niyə paltarınızı dəyişmirsiz? Cavab verib ki, mən dövlət qulluqçusuyam, model deyiləm.


Başqa bir mətbuat konfransında isə jurnalistin “Evdə qulluqçunuz varmı” sualına “Buna ehtiyacım yoxdur, həyat yoldaşımla öz işimizin öhdəsindən gəlirik” deyib

.
Xanım Merkel adi evdə yaşayır. Bu müddət ərzində evini dəyişməyib, villalar almayıb. 


Angela Merkel, Almaniyanın kansleri…”
скачать dle 12.1