ERMƏNİLƏR RƏSMİ MƏLUMAT YAYDILAR!!! “Xankəndinə Azərbaycan bayraqları vurulmayacaq, peşəkar muzdlu hərbçilər sərhədlərimizi qoruyacaq”
Qondarma Dağlıq Qarabağ rejiminin “təhlükəsizlik şurası”nın “katibi” Vitali Balasanyan Xankəndi İntibah Meydanındakı binalara Azərbaycanın dövlət bayraqlarının vurulacağı barədə məlumatları qəti şəkildə təkzib edib.
BİA.az Qazet.az -a istinadən xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
“Bəzi KİV və sosial şəbəkələrdə “Artsax Müdafiə Ordusu”nun (Erməni tərəfinin qondarma rejimin qoşunlarına verdiyi ad – red.) ləğv ediləcəyi və Qarabağın sərhədlərinin müdafiəsinin təşkil olunmayacağı barədə məlumatlar yayılır. Bununla əlaqədar ictimaiyyətə bildirmək istərdim ki, “dövlət qurumlarımız” hazırda sərhədlərimizi qorumaq məqsədi ilə müqavilə əsasında peşəkar hərbi birliklərin formalaşdırılması ilə məşğuldur”, – Balasanyan açıqlamasında vurğulayıb.
O həmçinin qeyd edib ki, azərbaycanlıların Xankəndinə bağlı yaşayış məntəqələrinə qayıdacağı ilə bağlı xəbərlər də həqiqəti əks etdirmir:
“Məsələn, Xankəndinin Açapnyak (Malıbəyli – red.) və Krkcan (Kərkicahan – red.) bölgələrinin və İvanyanın (Xocalı – red.) gələcəkdə azərbaycanlı ailələr tərəfindən məskunlaşacağı, azərbaycanlıların Xankəndinin ticarət nöqtələrində alış-veriş etməsi barədə də söhbətlər gəzir. Sizi inandırıram ki, bu cür xəbərlər əsassızdır”, – Balasanyan bildirib.
BİA.AZ