Bia.Az

Rusiya XİN-dən sülhməramlıların səlahiyyətləri ilə bağlı AÇIQLAMA

Siyasət
 16-12-2020, 18:54     235

“Dağlıq Qarabağla bağlı verilən bütün bəyanatlar başlıca məqsədə nail olmaq niyyəti daşımalıdır”.


BİA.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
O, həm münaqişə tərəflərinin, həm də regional və regiondan kənar oyunçuların Dağlıq Qarabağla bağlı verdiyi bütün bəyanatların əsas vəzifənin həlli, məhz uzunmüddətli sülh və tamformatlı nizamlanma məqsədi daşımalı olduğunu söyləyib.

“O ki, qaldı Rusiya sülhməramlılarının səlahiyyətlərinə, konkret detallara, yerdəki vəziyyətə, funksional öhdəliklərə, cavabdeh zonalara, bütün bu məsələlər tərəflər arasında işgüzar qaydada həll oluna bilər və həll olunmalıdır. Biz Bakı və İrəvanla mövcud bütün kanallarla dialoq aparırıq. Ona görə də tərəflərdə meydana çıxan sualları mənə elə gəlir ki, bu əsasda həll etmək lazımdır”, - deyə Rusiya XİN rəsmisi vurğulayıb.   /APAскачать dle 12.1