Bia.Az

“Nə qədər ki, Rusiya hərbçiləri Azərbaycan ərazisindədir...” - Müsavat başqanı

Siyasət
 15-12-2020, 18:54     216

"Rusiya "sülhməramlıları"nın əsil məramı Qarabağda sülh yaratmaq yox, tam əksinə münaqişənin qorunub saxlanmasına, davam etməsinə nail olmaqdır".

 Bu barədə Müsavat Partiyasının sədri Arif Hacılı sosial şəbəkədə yazıb.

O qeyd edib ki, bu gün Yuxarı Qarabağ ərazisinə erməni əhalisinin yerləşdirilməsinə ermənilərin özlərindən daha çox maraqlı olan da Rusiyadır. 
Müsavat başqanının qənaətincə, Rusiya həm Azərbaycanda, həm də Ermənistanda təsir imkanlarını saxlamaq üçün ərazimizdə Bakıya tabe olmayan erməni anklavının olmasında maraqlıdır:

"Yoxsul Rusiya əhalisinin vergiləri hesabına yaranan dövlət büdcəsindən milyardlarla rubl vəsaiti Yuxarı Qarabağ ərazisində, məhz bu məqsədlə xərcləyir. İlham Əliyev demişdi ki, daha Dağlıq Qarabağ münaqişəsi yoxdur. Təəssüf ki, Dağlıq Qarabağ münaqişəsi var və nə qədər ki, Rusiya hərbi qüvvələri Azərbaycan ərazisindədir bu münaqişə həll olunmayacaq".

BİA.azскачать dle 12.1