Bia.Az

KƏLBƏCƏRİN İŞĞALÇILARDAN TƏMİZLƏNMƏSİ BAŞLAYIB – Ermənilər yenə şivən qoparır

Siyasət
 11-11-2020, 14:52     237

Noyabrın 15-dək boşaldılmalı olan Kəlbəcərdən ermənilərin çıxarılması prosesinin başlandığına dair məlumatlar yayılır.


“AzPolitika.info” xəbər verir ki, özünü “Kəlbəcərdən olan politoloq” kimi təqdim edən Aleksandr Kananyan öz sosial şəbəkə səhifəsində iddia edib ki, Rusiya hərbçiləri erməniləri rayondan çıxarmağa başlayıb.

Kananyan yazıb ki, rus hərbçiləri ermənilərə zor tətbiq edirlər: “Rusiya “sülhməramlıları” erməni əhalisinə qarşı zorakılıqlara başlayıblar. Onları evlərindən çıxarırlar və öz əşyalarını götürmələrinə imkan vermirlər. Və bu, hələ başlanğıcdır...”

İşğal olunmuş ərazilərimizə sonradan köçürülən vəəhalimizin mal-mülkünə yiyələnən ermənilərin çıxarılmasını və tarixi ədalətin bərpa olunmasını fəlakət kimi qələmə verən erməni “politoloq” artıq onlar üçün ruslarla türklərin fərqinin olmadığını yazıb:

 “Biz min dəfə demişik ki, türklərlə “sülhməramlılar”ın fərqi yoxdur. Putinin köməyinə ümid edənləri qarşıda yeni “həlqələr” və yaxın günlərdə və həftələrdə deportasiya gözləyir.”

Xatırladaq ki, üçtərəfli razılaşmaya görə, Kəlbəcər rayonu noyabrın 15-dək ermənilərdən tam təmizlənməlidir.скачать dle 12.1