Bia.Az

"Azərbaycan qalibdir" – “Ərazisində Rusiya hərbçisi olsa belə...”

Siyasət
 11-11-2020, 14:47     203

2000-ci illərin ortasında Minsk qrupunun ABŞ-dan olmuş həmsədri Stiven Mənn də Azərbaycanı qalib sayır.
Onun fikrincə, Rusiyanın sülh sazişinin imzalanmasında aparıcı rolu sürpriz olmadı, sülhməramlıların yerləşdirilməsi də Moskva üçün qəfil gediş sayıla bilməz.
“Rusiya həmişə üstün hərbi mövqedə olub və düşünmürəm ki, sülhməramlıların yerləşdirilməsi bu faktı dəyişir”, – Mən bildirib.
Karnegi Moskva Mərkəzinin təhlilçisi Aleksandr Baunov diqqəti Paşinyan hökumətinin Moskvanı təngə gətirməsinə, Əliyevin isədaha ehtiyatlı davranmasına çəkir.
“Keçmiş sovet respublikaları içində Azərbaycan həmişə örnək olub, Rusiyadan tamamilə müstəqil xarici siyasət yürütməklə Moskva və Putinlə yaxşı münasibət də saxlayıb”, – o, dərc olunmuş təhlildə yazıb.
Müəllif qeyd edir ki, sülh sazişi Bakıya Rusiyaya daha artıq boyun əymədən qazanc gətirə bilər, hətta ərazisində Rusiya hərbçisi olsa belə.скачать dle 12.1