Bia.Az

İrəvanda biabırçılıq: Ermənilər Paşinyanın saatını oğurladılar

Siyasət
 10-11-2020, 12:45     214

Xəbər verdiyimiz kimi, Ermənistanda Qarabağda müharibənin dayandırılması haqqında qərara etiraz edənlər Ermənistan hökumətinin binasına giriblər. Daha sonra etirazçılar Baş nazir Nikol Paşinyanın kabinetinə daxil olublar. 

Yenisabah.az xəbər verir ki, Ermənistan mediasının yazdığına görə, Paşinyanın kabinetinə girən etirazçılar onun şəxsi əşyalarını oğurlayıblar. Onlar gecə baş verən iğtişaşlarda kabinetdən Paşinyanın parfümlərini, saat, sürücülük vəsiqəsi və kompyuterini oğurlayıblar.
Qeyd edək ki, gecə binada olan xüsusi xidmət orqanları əməkdaşları da etirazçılara müqavimət göstərməyiblər. Onlar dövlət atributlarını binadan çıxarmaqla öz etirazlarını bildiriblər. 
 


Açar sözlər

скачать dle 12.1