Bia.Az

Ermənistan Müdafiə Nazirliyindən təxribatçı bəyanat: “Müharibə tamamilə bitməyib…”

Siyasət
 10-11-2020, 12:42     244

Ermənistan Müdafiə Nazirliyinin Baş Qərargahı ölkədə baş verən hadisələrlə bağlı bəyanat yayıb. 

Yenisabah.az erməni mənbələrinə istinadən xəbər verir ki, bəyanatda vətəndaşlar “dövlətin əsaslarını sarsıda biləcək hərəkətlərdən” çəkinməyə çağırılıb.

Bəyanatda Qarabağda gedən müharibəyə diqqət çəkilərək Ermənistan silahlı qüvvələrinin “mümkün olan hər şeyi” etdiyi qeyd edilib. 

“Amma artıq qan tökülməsinə son qoymağın vaxtı gəlib. Ermənistan, Rusiya və Azərbaycanın siyasi rəhbərliyi, məzmunu ilə artıq tanış olduğunuz bir razılığa gəlib. Müharibə tamamilə bitməyib və Artsaxdakı döyüşlər hələ də davam edir. Buna baxmayaraq, ölkəmizin hərbi-siyasi rəhbərliyinin qərarlarını müdafiə edirik və yerinə yetirmək məcburiyyətindəyik. Qan tökülməsini dayandırmalıyıq. 

Müharibə başa çatır. Ordu işini gördü və fədakarlıqla etməyə davam edəcək.

Sizi dövlətçiliyin əsaslarını poza biləcək hərəkətlərdən çəkinməyə və mümkün olan bütün səhvlərdən ibrət götürərək, qəhrəman xalqımızın layiq olduğu misilsiz dərəcədə güclü və səmərəli bir ordu yaratmağa çağırırıq", - deyə bəyanatda vurğulanır.скачать dle 12.1