Bia.Az

İranın Azərbaycandakı yeni səfiri bəlli oldu

Siyasət
 3-06-2025, 09:46     327

İranın Azərbaycandakı yeni səfiri məyyənləşib.

Teleqraf "ISNA" agentliyinə istinadən xəbər verir ki, bu vəzifə Müctəba Dəmirçiliyə həvalə olunub.

Dəmirçili buna qədər İran Xarici İşlər Nazirliyinin (XİN) Avrasiya üzrə baş direktoru vəzifəsində işləyib.

İran XİN-in mətbuat katibi İsmail Bəqayi iyunun 2-də İranın Azərbaycanda yeni səfiri ilə bağlı sualı cavablandırarkən deyib: “Bizim Mərkəzi Asiya və Qafqaz ölkələri ilə əlaqələrimiz çox həssas və vacibdir. Azərbaycan Respublikasına gəlincə, inzibati proses başa çatıb. Yeni səfir seçilib. O, təcrübəli, tanınmış diplomat və Avrasiya regionunda ekspertdir”.скачать dle 12.1