Bia.Az

Nürnberqdə “Erməni terroruna yox” şüarı ilə yürüş-mitinqi keçirildi

Siyasət
 12-10-2020, 01:01     303

Almaniyada yaşayan həmvətənlərimiz erməni terroruna yox demək, eyni zamanda Azərbaycan Ordusuna dəstək məqsədi ilə yürüş-mitinqlərini davam etdirir.


BIA.az xəbər verir ki, şəhər rəhbərliyi ilə razılaşdırımış növbəti mitinq Bavariya əyalətinin Nürnberq şəhərində keçirilib.


Almaniyanın müxtəlif əyalətlərindən yürüşə qatılmaq üçün gələn həmvətənlərimiz əllərində bayraqlar, şüarlar, yazılı plakatlarla mitinq üçün təyin olunan meydana toplaşıblar. Almaniyada fəaliyyət göstərən Türkiyə dərnəklərinin də dəstək verdiyi mitinqdə Gəncə terroru haqqında almanca və ingiliscə məlumat verilib. Daha sonra bir neçə dildə “Qarabağ Azərbaycandır”, “Erməni terroruna yox!”, “Azərbaycan var olsun, istəməyən kor olsun”, “Azərbaycan-Türkiyə”, “Şəhidlər ölməz, Vətən bölünməz” və s. şüarlar Azərbaycan, alman və ingilis dillərində səsləndirilib. İştirakçılar polisin müşayiəti ilə mərkəzi küçələr boyunca hərəkət ediblər.


Yürüş əvvəlki toplanış məntəqəsində çıxışlarla davam edib.


Çıxışçılar son günlər Ermənistan ordusunun Azərbaycanın mülki obyektlərini hədəf alan terror aktarı barədə məlumat veriblər. Onlar bildiriblər ki, ermənilərin dinc azərbaycanlılara qarşı həyata keçirdikləri terror aktları cavabsız qalmayacaq, bütün Avropa erməni terror və təxribatları barədə məlumatlandırılacaq.  /Reportскачать dle 12.1