Bia.Az

“Gəncədə baş verənləri göz yaşı ilə izlədim” - YUNESKO-nun xoşməramlı səfiri

Siyasət
 12-10-2020, 00:50     270

“Azərbaycanın Gəncə şəhərində baş verənləri göz yaşı ilə izlədim”.


BIA.az xəbər verir ki, bu sözləri Publika.az-a açıqlamasında YUNESKO-nun xoşməramlı səfiri, Fransada Azərbaycanın Dostları Assodiasiyasının vitse-prezidenti Hedva Ser deyib.


O bildirib ki, heç bir dövlətin sərhədlərini pozmaq olmaz. Üstəlik uşaqları təhlükəyə atmaq, günahsız insanları öldürmək heç bir qanuna, insanlığa sığmır:


“Azərbaycanlı dostlarım, yanınızdayam. Bütün qəlbimlə dua edirəm ki, tezliklə Vətəninizdə sülh bərpa olunsun. Körpələr zərər görməsin”.скачать dle 12.1