Bia.Az

"Ermənistan alçaqcasına mülki şəxslərə qarşı terror aktı törədir" - Hikmət Hacıyev

Siyasət
 11-10-2020, 16:23     223

“Ermənistan bir tərəfdən sülh yalvarışları edir, digər tərəfdən alçaqcasına mülki şəxslərə qarşı terror aktı törədir”

Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Gəncədə keçirilən brifinqdə bildirib.

“Biz bunu terror aktı, soyqırım aktı olaraq qiymətləndiririk. Onlar döyüş meydanındakı uğursuzluqlarını kompensasiya etmək üçün bu kimi şərəfsiz əməllərə əl atırlar”, - o deyib.скачать dle 12.1