Ərdoğan İlham Əliyevə təşəkkür etdi

“Azərbaycan Prezidenti İlham Əliyevə ürəkdən təşəkkür etmək istəyirəm. Qardaşım yanğının döndürülməsi üçün ölkəmizə təyyarə göndərdi”.
Globalinfo.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan nazirlər kabinetinin iclasından sonra mətbuata açıqlamasında deyib.
Türkiyə prezidenti Bakıdan göndərilən təyyarənin meşə yanğınlarının söndürülməsində əhəmiyyətli rol oynadığını bildirib.
“Azərbaycanlı qardaşlarımızda hər sahədə gücümüzü birləşdirməyə davam edəcəyik. Həmçinin Rusiya Prezidenti Vladimir Putinə də təyyarələr göndərdiyi üçün təşəkkürümü bildirirəm. İsti hava səbəbi ilə sentyabrın 15-nə kimi diqqətli olamalıyıq. Meşə yanğınları məsələsində həssaslıq göstərməliyik”.