Bia.Az

Qarabağın azad olunması üçün ən uyğun vaxt seçilib – Rus politoloqlar

Siyasət
 8-10-2020, 21:35     294

Qarabağda sentyabrın 27-dən başlayan müharibə dünyanın diqqət mərkəzindədir. 

Yenisabah.az xəbər verir ki, dünya liderləri, nüfuzlu beynəlxalaq media quruluşları və politoloqlar Qarabağdakı yeni eskalasiyaya fokuslaşıb. Xüsusilə, Tükiyənin Azərbaycanın əks-hücum əməliyyatına açıq dəstək verməsi əsas müzakirə mövzusudur. Axı münaqişə 30 ildir davam edir. Niyə Ankara məhz indi hərbi əməliyyatları dəstəkləyir və davam etməsini məqsəduyğun sayır?
Baş verənləri “Komsomolski Pravda”ya şərh edən rusiyalı politoloq Yevgeni Ben bildirib ki, bunun bir neçə səbəbi var. “Birincisi, hazırda Avropa Birliyi faktiki olaraq Ərdoğandan asılı vəziyyətə düşüb. O Türkiyədəki qaçqınların Avropaya keçməsinin qarşısını alır.
İkincisi, Türkiyə ilə Rusiyanın birgə layihələri var: qaz kəməri, Atom Elektrik Stansiyasının inşası, hərbi əməkdaşlıq və s.
Üçüncüsü, Ərdoğan başa düşür ki, Tramp ABŞ prezidenti olduğu müddətdə hərəkətə keçmək lazımdır. Onsuz da Tramp Ərdoğanı güclü siyasətçi hesab etdiyi üçün Türkiyənin iradəsinə göz yummağa hazır olduğunu bildirib.
Düşünürəm ki, Ərdoğan Bakının köməyi ilə Qafqazda möhkəmlənmək üçün yaxşı məqam seçib. Üstəlik, Gürcüstan prkatiki olaraq türklər tərəfindən alınıb. Amma Türkiyə təsir zonasını daha da genişləndirməyə çalışır”, - deyə politoloq bildirib.
Politoloq İvan Skorikov isə Qarabağda başlayan eskalasiyanın fonunda Türkiyə və Rusiya arasında hərbi toqquşmanın baş verə biləcəyini istisna edib. “Rusiya başa düşür ki, indi Qarabağda sülhün ən azı iki açarı var ki, bunlardan biri də Ankaradadır. Ərdoğan, Azərbaycanın ikinci türk dövləti olduğunu ifadə etməklə münaqişənin qarşısını ala bilər”, - deyə o qeyd edib.
Yevgeni Benin isə bu məsələ ilə bağlı şərhi daha maraqlıdır.  “Türklər bir vacib detalı çox yaxşı bilirlər: Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında olması (Bu təşkilata Rusiya, Ermənistan, Belarusiya, Qazaxıstan, Qırğızıstan və Tacikistan daxildir - red.) Rusiyanın bu münaqişəyə müdaxilə edəcəyi anlamına gəlmir. Hüquqi baxımdan Dağlıq Qarabağ Ermənistan tərəfindən anneksiya edilən Azərbaycan ərazisidir. Türklər "qırmızı xətt" in harada olduğunu bilir: Bu, Ermənistanın sərhəddidir. Buna görə də Türkiyə Rusiya hərbi bazasının yerləşdiyi Ermənistan ərazisinə girməyəcək”, - deyə politoloq vurğulayıb.
Müharibənin necə bitəcəyinə gəlincə, Yevgeni Ben bildirib: “İlham Əliyevin xalqına ünvanladığı mesajlara diqqət etmək lazımdır. O deyib ki, əgər Ermənistan silahlı qüvvələrinin Qarabağı tərk etməsi barədə vaxt cədvəli təqdim edərsə, o zaman Azərbaycan Ordusu hücumu dayandıracaq.
Qeyd etmək lazımdır ki, Azərbaycan kifayət qədər uğurlu hucum həyata keçirir. Ermənistan istəməz ki, 15-20 kənd deyil, Qarabağın əhəmiyyətli hissəsi Azərbaycanın tam nəzarətinə keçsin. Bu baxımdan, tərəflərin kompromisə gələcəyini düşünmək olar”.скачать dle 12.1