Bia.Az

İcra hakimiyyətlərinin ləğvi: Səlahiyyətlər kimə verilməlidir? - Ekspert danışır...

Siyasət
 4-05-2024, 12:37     332

"Konistitusiyanı dəyişmədən icra hakimiyyətlərini ləvğ etmək qeyri-mümkündür".

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli icra hakimiyyətlərinin ləğvi ilə bağlı məlumata aydınlıq gətirərkən deyib.

Ekspert bu məsələnin həlli yolunun konistusiya islahatlarından keçdiyini hesab edir:

"Uzin illərdir ki, bu barədə danışırıq. Artıq bu məsələ yenidən gündəmə gəlib. Bizim təklifimiz isə ondan ibarətdir ki, Prezidentin yaratdığı 14 iqtisadi rayon, Şəqri Zəngəzur, Qarabağ və Naxçıvan da daxil olmaqla inzibati ərazi vahidinə çevrilsin. Ora Prezident yüksək səlahiyyətlərlə şəxsi nümayəndələrini təyin etsin. Amma yerli məsələləri seçilmiş bələdiyyələr həll etsin. Bələdiyyə orqanlarına səlahiyyət verilir ki, onlar yerli məsələləri həll etmək səlahiyyəti olsun".

Natiq Cəfərlinin sözlərinə görə, kənd yolları, zibil daşımaları, kommunal xidmətlər, bütün bunlar icra hakimiyyətinin deyil, məhz bələdiyyələrin nəznində olmalıdır.

Qeyd edək ki, Azərbaycanda uzun müddətdir yerli icra hakimiyyətlərinin ləğvi müzakirə edilir. İcra hakimiyyətlərinin səlahiyyətlərinin Prezidentiun səlahiyyətli nümayəndələrinə və bələdiyyələrə verilməsi təklif olunur. İşğaldan azad olunmuş ərazilərdə və Naxçıvan Muxtar Respublikasında artıq Prezidentiun səlahiyyətli nümayəndələri təyin edilib.
скачать dle 12.1