Bia.Az

Qorbaçova verilən mükafat Navalnıya da veriləcək- SENSASİON FAKTLAR

Siyasət
 4-05-2024, 12:14     323

Rusiyanın həbsdə ölən keçmiş müxalifət lideri Aleksey Navalnı Drezden Sülh Mükafatına layiq görüləcək.

Musavat.com bu barədə “Deutsche Welle”ə istinadən xəbər verir.

Qeyd olunur ki, mükafatlandırma mərasimi mayın 12-də baş tutacaq. Mərasimdə çıxışı Almaniyanın keçmiş prezidenti Yoahim Qauk söyləyəcək.
Agentliyin məlumatına görə, Qauk müxalifətçini "bütün layiqli rusların simvolu" kimi qiymətləndirəcək. 10 min avro mükafatı onun dul arvadı Yuliya Navalnaya qəbul edəcək.

“Müxalifət siyasətçisinin müqaviməti onun fəaliyyətini davam etdirən bütün hüquq müdafiəçiləri üçün ruhlandırıcı nümunə olub və belə də qalır”,- deyə təşkilat qrupu 2024-cü il mükafatının ölümündən sonra verilməsinin səbəbini belə əsaslandırıb.

Qeyd edək ki, Drezden Sülh Mükafatı 2010-cu ildən bəri hər il verilir. 2024-cü ilə qədər mükafatlandırma mərasimi Drezdendə 13 fevral - Müharibəni Anma Günündə Semper Opera Teatrında keçirilirdi. Bu il mükafat ilk dəfə mayın 12-də Dövlət Drezden Teatrında təqdim olunacaq. Mükafat Almaniyanın SAP şirkətinin həmtəsisçisi Klaus Tschira Fondu tərəfindən maliyyələşdirilir. Drezden Sülh Mükafatı hər il sülh və beynəlxalq anlaşma işinə görkəmli töhfələr vermiş şəxslərə verilir. Əvvəlki mükafatçılar arasında keçmiş SSRİ prezidenti Mixail Qorbaçov, israilli pianoçu və dirijor Daniel Barenboim, amerikalı sənədli rəssam Ceyms Naxtvi, hərbi analitik və məlumat verən Daniel Ellsberq var.скачать dle 12.1