Bia.Az

BU ƏRAZİLƏR İŞĞALDAN AZAD EDİLDİ! - Azərbaycan ordusu Ağdərə istiqamətində irəliləyir

Siyasət
 27-09-2020, 15:19     965

Azərbaycan Ordusu Ağdərə və Tərtər bölgələri istiqamətində irəliləyir.


Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı məlumat verib.


Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov isə deyib ki, artıq Fizuli və Cəbrayıl rayonunun bir çox kəndləri işğaldan azad olunub: "Azərbaycan Ordusunun uğurlu əməliyyatı nəticəsində bir sıra kəndlərimiz, vacib yüksəkliklər və əlverişli ərazilər azad edilib".


A.Eyvazov bildirib ki, hazırkı məlumata görə, Füzuli–Cərbayaıl istiqamətində Qaraxanbəyli, Şərvənj, Kənd Horadiz, Yuxarı Abdurrəhmanlı, Böyük Mərcanlı kəndləri azad edilib


Bundan əlavə, Ağdərə rayonu və Murovdağ istiqamətlərində düşmən postları darmadağın edilib, hakim yüksəkliklər nəzarətə götürülüb..


O bildirib ki, birazdan azad edilən kəndlərin siyahısı açıqlanacaq.скачать dle 12.1