Bia.Az

Şəhid anası Prezidentə ÜZ TUTDU: "Suraxanının icra başçısı Əziz Əzizov məni ələ salır..."

Siyasət
 19-03-2024, 11:28     872

BİA.az xəbər verir ki, Şuşanın azad olunmasında qəhrəmancasına şəhid olmuş Əhməd Kərimovun anası Rüstəmli Həsrət Feyruz qızı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevə müraciət ünvanlayıb.

Müraciətdə deyilir:

"Möhtərəm cənab Prezident! Mən şəhid anası olaraq yaşadıgım Suraxanı rayonunun icra hakimiyyəti başcısı Əziz Əzizovun qəbulunda dəfələrlə olmuşam, son bir ildə dəfələrlə qəbuluna getmişəm ki, evimin yaxınlığında olan qeyri-yaşayış torpaq sahəsində dükan açmaq üçün icazə versin. Əzizov 1 ildi məni get-gələ saldı. Yalancı vədlər verərək, "bu gün, sabah, gələn ay" deyərək məni yola verdi. Sonra dedi ki, bu iş mənim səlahiyyətimdən çıxıb, artıq bu işə şəhərsalma idarəsi baxır. Şəhərsalama idarəsinə getdim, mənə dedilər ki, bu işə rayon icra hakimiyyəti baxır. Hətta Bakı icra hakimiyyətinə getdim, onlar da bildirdilər ki, Əziz müəllim etirazi olmadığını bildirsin, həmin qeyri-yaşayış sahəsinin mövqe planının cizgisini bizə göndərsin və biz də sizə köməklik edək.

İdarələrin yollarında qaldım. Nəticə etibarilə yenə də bizə heç kim yaxın durmadı. Mən də naəlac qalıb 03.03.2024-cü il tarixində evimin yaxınlıgında yerləşən 60 kvadratlıq sahədə köşk quraşdırdım və 04.03.2024-cü il tarixində Əziz müəllimin rəhbərliyi ilə məni və ailəmi 33-cü polis bölməsinə apardılar. Saatlarca orda saxladılar və köşkü sökdülər.

Evə gəldikdə vəziyyətim çox pis idi. Özümü öldürmək dərəcəsinə çatdırdılar. Dərman içərək initihar etməyə cəhd etdim. Evdəkilər 103-ü çağırıb məni Semaşka xəstəxanasına apardılar.

Möhtərəm cənab Prezident! Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun şəhid ailəsinə münasibəti baxın belədir. Qəbul edir, şirin dillə danışır, özünü guya dərdinə yanırmış kimi göstərir, söz verir, ancaq nəticə etibarı ilə özü bildiyini edir. Eşitdiyimə görə həmin o ərazini başqa bir iş adamına söz verib, sadəcə məni, şəhid anasını ələ salır. Sizdən çox xahiş edirəm mənə köməklik göstərəsiniz. Oğlum şəhid Əhməd Kərimov könüllü olaraq Vətəni müdafiə etməyə gedərkən arendaya obyekt götürüb geyim mağazası açmaq istəyirdi, hətta geyimləri belə sifariş etmişdi, amma işini yarımçıq qoyub könüllü şəkildə müharibəyə yollandı. Mən oğlumun adını yaşatmaq, arzusunu həyata keçirtmək və həm də dolanışıq üçün kicik bir market açmaq istəyirəm. Xahiş edirəm ki, bu işdə mənə köməklik göstərəsiniz. Onuda qeyd edim ki, oglum Əhməd Kərimov Şuşanın azad olunmasında iştirak edərək 07.10.2022-ci il tarixində qəhrəmancasına şəhid olmuşdur. Qubadlı döyüşlərində iştirakına görə medalla təltif olunmayıb. Bunu da nəzərinizə catdırım ki, şəhid Əhməd Kərimov nə orden verilib, nədə ki, evlə təmin olunmayıb.

Möhtərəm cənab Prezident! Bir şəhid anası olaraq, dövlətimizin, şəxsən Sizin şəhid ailələrinə göstərdiyiniz diqqət və qayğıdan, bu kateqoriyadan olan vətəndaşların problemlərinin həllinə göstərdiyiniz həssas münasibətdən razılığımı bildirmək istəyirəm. Şəhid ailələrinə göstərilən diqqət onlara təsəlli verməklə yanaşı, gənc nəsildə vətənpərvərlik ruhuna da müsbət təsir göstərir.

Hörmətlə,
Rüstəmli Həsrət Feyruz qızı, şəhid anası.
Azərbaycan Respublikası, Bakı şəhəri, Suraxani rayonu, Yeni Günəsli, V massiv 21, ev 53 "


Əlaqə: 051 995 51 96









BİA.az
скачать dle 12.1