Bia.Az

ABŞ nümayəndəsi Bakıya gəldi – Səbəb

Siyasət
 29-02-2024, 17:09     220

ABŞ-ın Enerji Resursları Bürosu katibinin köməkçisinin müavini Kimberli Harrinqton Azərbaycanda səfərdədir.

Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi məlumat yayıb.

Məlumatda bildirilib ki, Enerji Resursları Bürosu katibinin köməkçisinin müavini Kimberli Harrinqton Bakıda hökumət rəsmiləri ilə görüşlər keçirəcək.

“O, həmçinin ABŞ-ı Cənub Qaz Dəhlizi Məşvərət Şurasının 10-cu Nazirlər Toplantısında təmsil edəcək, COP29-a ev sahibliyi edən Azərbaycanın vacib rolu barədə müzakirələr aparacaq”, – səfirliyin məlumatında qeyd olunub.

ABŞ Enerji Resursları Bürosu katibinin köməkçisinin müavini Kimberli Harrinqtonскачать dle 12.1