Bia.Az

Şuşada Turan qurultayı – Türk dünyası Azərbaycan Qalasında toplanacaq

Siyasət
 21-02-2024, 01:15     215

“Türk Dövlətləri Təşkilatının zirvə toplantısının Şuşada keçirilməsi Azərbaycanın qazandığı zəfərin yerində təqdimatının aparılması baxımından əhəmiyyətlidir”.

Bu sözləri Globalinfo.az-a siyasi şərhçi Asif Nərimanlı deyib.

Onun sözlərinə görə, təşkilata üzv olan ölkələrin, eləcə də müşahidəçi statusda olan ölkələrin liderləri Şuşaya gələcək:

“Bu, azad edilmiş ərazilərdə ilk beynəlxalq tədbir olacaq və Azərbaycan ərazi bütövlüyünü, suverenliyini təmin etdiyini bir daha nümayiş etdirəcək. Zirvə görüşü üçün məkan olaraq Şuşanın seçilməsi bu kontekstdə təsadüfi deyil.

Burada əsas məqam Türk dünyası üçün yeni dövrün Şuşadan başlanacağıdır.

Birincisi, KKTC də Şuşa zirvəsində TDT-yə qoşulacaq və təşkilatın genişlənəcək.

İkincisi, Şuşada TDT-nin perspektiv fəaliyyəti, ümumiyyətlə türk coğrafiyasında dərin inteqrasiya ilə bağlı mühüm qərarlar qəbul edilə bilər.
Prezident İlham Əliyevin andiçmə mərasimində TDT ilə bağlı verdiyi mesajlar da o deməkdir ki, yeni dövrdə türk dünyası ilə bağlı mühüm addımlar atılacaq.

Şuşa zirvəsi başlanğıc ola bilər”.скачать dle 12.1