Bia.Az

"Beynəlxalq müşahidəçilər qeyd edirlər ki, biz belə seçki aktivliyini heç yerdə görməmişik"

Siyasət
 10-02-2024, 00:52     179

“Bu növbədənkənar seçki bir ayrı seçki idi. Azərbaycan öz torpaqlarını erməni işğalından azad edib. Müstəqillik qazanandan sonra ilk dəfə olaraq, Azərbaycanın bütün ərazisində prezident seçkiləri keçirildi. Azad olunmuş ərazilərdə 26 seçki məntəqəsi yaradılmışdı. Azərbaycan prezidenti ailəsi ilə birgə Xankəndində səs verdi. Və Xankəndində seçicilərin 100 faizi İlham Əliyevə səs verib. Bu, çox sevindirici bir hadisədir. Seçiciləri 90 min 372 müşahidəçi izləyirdi. Onlardan 790-ı beynəlxalq təşkilatlar və ATƏT-in nümayəndələri idi”.

Bu barədə Bizimyol.info xəbər portalına politoloq Elşad Həsənov 7 fevral prezident seçkilərini təhlil edərkən danışıb. Politoloq vurğulayıb ki, müşahidəçilər də çıxışlarında seçkilərin yüksək səviyyədə keçirildiyini qeyd edir.

Politoloq Elşad Həsənov
 Elşad Həsənov“

Mən özüm bir neçə seçki məntəqəsində oldum, 17 saylı seçki məntəqəsində səs verdim. Ailəmlə səsvermədə iştirak etdim. 42 dəqiqə növbə gözlədik. Əhalinin simasında bir sevinc, bir ruh yüksəkliyi və bir bayram əhval-ruhiyyəsi var idi. Sanki hamı öz əzizinə, öz yaxınına səs verməyə gəlmişdi. Bu da ona görə idi ki, Azərbaycan prezidenti seçildiyi 20 il ərzində xalqın etimadını, inamını qazandı. Əsas da Azərbaycan torpaqlarını yağı düşməndən azad etdi. Baxmayaraq ki, beynəlxalq təşkilatlar, BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul etmişdi. Ancaq ermənilər bir kəndi boşaltmırdılar. ATƏT 28 il gəldi, getdi, heç nə etmədi. Azərbaycan prezidenti ordunu gücləndirdi, xalqın əhval-ruhiyyəsini yaxşılaşdırdı, ruh verdi və güclü Azərbaycan ordusu, güclü gənclik yetişdi. Onlar da Azərbaycan prezidentinin komandanlığı altında torpaqlarımızı azad etdilər. Şəxsən mən inanırdım ki, biz torpaqlarımızı azad edəcəyik. Və Qarabağdakı silahlı qruplaşmaları ərazilərimizdən çıxaracağıq. Ancaq o terrorçuların da rədd olub getmələrini heç cür ağlıma gətirmirdim. Bilirdim ki, uzun müddətli bir münaqişə olacaq. Erməni erməniliyindən çıxmayacaq. Ancaq Allaha şükürlər olsun ki, bu baş verdi”-deyə politoloq öz düşüncələrini bölüşüb. Politoloq bildirib ki, bütün baş verənlər İlham Əliyevin apardığı böyük siyasətin və xalqına olan böyük sevginin nəticəsində oldu.

Politoloq həmçinin vurğulayıb ki, seçicilərin 76,73 faizi səs verib və seçki aktivliyi çox yüksək olub.

“Bunu beynəlxalq müşahidəçilər qeyd edirlər ki, biz belə seçki aktivliyini görməmişik. Bütöv Azərbaycanda keçirilən bu seçki əhalinin çoxsaylı gəlməsi və seçki aktivliyi ilə seçildi. Əhali bilir ki, artıq Azərbaycan da yeni bir dövr başlayıb”-deyə Elşad Həsənov əlavə edib.скачать dle 12.1