Bia.Az

Qaluzin: “Bakı və İrəvan arasında dəmir yolunun açılmasına dair ümumi anlaşma var”

Siyasət
 9-02-2024, 18:17     180

“Rusiya, Ermənistan və Azərbaycan baş nazirlərinin müavinlərinin sədrliyi ilə Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılması məsələləri üzrə üçtərəfli işçi qrupu çərçivəsində dəmir yolu rabitəsinin necə bərpa oluna biləcəyi ilə bağlı ümumi anlaşma var”.

JAMAZ.İNFO xəbər verir ki, bu fikirləri Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin “ Rossiya 24 ” telekanalına müsahibəsində bildirib.

O deyib ki, söhbət Azərbaycandan Naxçıvana Ermənistanın Sünik ərazisindən keçən dəmir yolundan gedir. “Ermənistan-Azərbaycan sərhədinin demarkasiyasına gəlincə, Rusiya Bakı və İrəvana məsləhət xidmətləri təklif edir. Çünki müvafiq eksklüziv topoqrafik materiallar yalnız Moskvada var”.скачать dle 12.1