Bia.Az

“Azərbaycan Cermuxdan Mehriyə qədər bütün əraziləri ələ keçirəcək” - Erməni ekspertdən iddia

Siyasət
 9-02-2024, 11:01     154

“İlham Əliyevin yenidən prezident seçilməsi gözlənilirdi. Bunun səbəbi qəbul edilən siyasəti davam etdirmək və məntiqi sonluğa çatdırmaqdır. Əsas plan isə Ermənistanın məhv edilməsidir”. JAMAZ.İNFO xəbər verir ki, bu iddia ilə Azərbaycanşünas Armine Adibekyan çıxış edib.

“Fakt” qəzetinə açıqlamasında o deyib ki, guya, Cermuk sektorundan başlayaraq Mehriyə kimi baş tutacaq hərbi əməliyyatların bərpası gözlənilir. “Yəni Azərbaycan bir neçə istiqamətdə Ermənistan ərazisini işğal etməyə hazırlaşır. Azərbaycanın fikir ayrılığının, “sülh müqaviləsi” adlanan müqavilənin imzalanmasının ləngiməsinin, sərhədlərin tanınmaması prosesinin və hər dəfə yeni şərtlərin müəyyən edilməsinin səbəbi də budur. Çünki Azərbaycan və Ermənistan bir-birinin sərhədlərini tanıdığı andan, Azərbaycan özünü sərhədi keçmək hüququndan məhrum edəcək”.

P.S. Ermənilərin isterika içində olması başadüşülən deyil. Çünki nə Azərbaycan Ermənistan ərazisinə hücum etmək niyyətindədir, nə də belə bir planı var. İndiyə qədər də Azərbaycan Ordusu Ermənistan ərazisinə girməyib. Mövcud sərhədlərimiz daxilində hərəkət edib.

Ermənilər terrorçu və təxribatçı, habelə işğalçı olduqlarından hamını özləri kimi görürlər.
скачать dle 12.1